AUT.AZ

Darmadağın olublar, deyir ki, qəhrəman o idi

“Real”ın baş məşqçisi Karlo Ançelotti Vinisius Juniorun “Barselona” ilə yoldaşlıq görüşündə (0:3) çıxışını dəyərləndirib.

Aut.az xəbər verir ki, italyan mütəxəssis bu haqda klubun rəsmi sayutına danışıb.

“O, yeni sistemə yaxşı uyğunlaşır. Vinisius daha çox içəridə oynamağı xoşlayır. Onun zərbəsi 3 dəfə tirə tuş gəldi. Qol vurmasa da, görüşün qəhrəmanı oldu.

Adətən penlati zərbəsini yerinə yetirən Modriç meydanda yox idi. Bu işi Vinisius, Modriç və ya Rodriqo görə bilər. Bu gün Vini bundan yararlana bilmədi, amma penalti zərbələrini yaxşı yerinə yetirir”, – Ançelotti deyib.

Aut.az

 

Exit mobile version