AUT.AZ

“Arsenal” da ona görə hərəkət keçdi

 “Brentford” və İspaniya millisinin qapıçısı David Raya “Arsenal”a keçə bilər.

Aut.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

Qeyd olunur ki, “topçular” əsas qapıçı Aaron Ramsdeyllə rəqabət aparmaq üçün onu almaq niyyətindədir. London klubu illərdir, hətta 2021-ci ildə Ramsdeyli  almamışdan əvvəl ispaniyalını izləyir.

“Arsenal” hələ ki, rəsmi təklif göndərməyib, lakin “topçular”ın marağı barədə “Brentford” məlumatlandırılıb.

Daha əvvəl Rayanı almaq istəyən “Bavariya” ilə danışıqların pozulduğu haqda məlumat yayılmışdı.

Aut.az

Exit mobile version