AUT.AZ

Ərəblər onu da şirnikləndirir

“Latsio”nun hücumçusu Çiro İmmobile Səudiyyə Ərəbistanının bir sıra komandalarının ciddi maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira öz “Tvitter” səhifəsində yazıb.

Mənbənin sözlərinə görə, Səudiyyə klubları təkliflərini təkmilləşdiriblər – əvvəllər İmmobileyə ildə 20 milyon avroluq müqavilə təklif edilirdisə, indi bu məbləğ ildə 25 milyon avroya yüksəlib.

İtalyan hücumçuya 2026-cı ilə qədər müqavilə təklif olunur, lakin hələlik “Latsio” üçün transferin məbləği ilə bağlı konkret məlumat yoxdur. Danışıqlar isə çox erkən mərhələdədir.

2022/2023 mövsümündə İmmobile “Latsio”nun heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Roma klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir. “!Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Aut.az

 

Exit mobile version