AUT.AZ

Yeni kapitanla bağlı qərar verib, amma əvvəlcə…

“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun yeni kapitanı ilə bağlı qərar verdiyini açıqlayıb.

Son 7 ildə “Liverpul”un kapitanı olan Cordan Henderson Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib. Kloppun kapitanlığa namizədləri var. Henderson sıradan çıxdığı zaman kapitan sarğısını qoluna Vircil van Dijk və Alisson taxırdı.

Amma Klopp qərarını açıqlamayı b və bunu belə izah edib:

“Qərarımı artıq bilirəm, amma əvvəlcə bu barədə oyunçuları məlumatlandırmalıyam”.

Aut.az

Exit mobile version