AUT.AZ

Süleymandan Maqomed açıqlaması: ilk dəfədir eşidirəm

Türkiyənin “Fatih Karagümrük” klubunun sahibi Süleyman Hurma Maqomed Ozdoyevin “Krılya Sovetov”a mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Krılya Sovetov”un Ozdoyevə marağı? Bu haqda ilk dəfə eşidirəm. Kluba bununla bağlı heç bir sorğu gəlməyib”, Süleeyman “Çhampionat”ın müxbirinə deyib.

Daha əvvəl “Krılya Sovetov”un Maqomed Ozdoyevin transferində maraqlı olduğu haqda məlumatlar yayılmışdı. 30 yaşlı yarımmüdafiəçinin “Fatih Karagümrük”lə 2024-cü ilin iyununa qədər müqaviləsi var.

Ozdoev 2022-ci ilin yayından 2Fatih Karagümrük”də çıxış edir. Türkiyə Superliqasının 2022/2023 mövsümündə rusiyalı 33 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Exit mobile version