AUT.AZ

“Rakuv”un fanatları buna görə “Qarabağ”a təşəkkür etdilər

“Qarabağ” Çempionlar Liqasının ikinci mərhələsinə istədiyi kimi başlamadı.

Səfərdə Polşa çempionu ilə üz-üzə gələn ağdamlılar 90 dəqiqənin yekununda meydanı məğlub tərk etdi – 2:3.

Rəqib hesabda 2:0 önə çıxmasına baxmayaraq, “köhlən atlar” hesabı bərabərləşdirməyə nail olmuşdu.

Hakimin əsas vaxta əlavə etdiyi ilk dəqiqədə Kittel vurduğu baxımlı zərbə ilə komandasına qələbə qazandırmışdı.

Polşalı azarkeşlər “Rakuv”un qalibiyyətini böyük coşqu ilə qeyd edir. Sevimli komandalarından cavab qarşılaşmasında uğurlu nəticələr gözləsələr də, işin çətinliyini dərk edirlər.

“Qırmızı-göylər”in fanatları klubun sosial media səhifələrində qələbəyə bu cür reaksiya verib:

“Göz yaşlarımı saxlaya bilmədim. Gözəl anar idi. Bravo, cəngavərlər!”.

“Sona qədər mübarizə aparan komandanın qarşısında baş əyirəm”.

“Heç nədən iki axmaq qol buraxdıq. Amma yenə əla qalibiyyət idi. Davamını bir həftədən sonra səfərdə gözləyəcəyik”.

“Güclü rəqib üzərində qazandığınız qələbəyə görə təbrik edirəm. Keçilməz komanda yoxdur. Xarakter göstərməyin sonu belə olur”.

“Rəqibə səliqəli oyuna və feyr-pleyə görə “çox sağ ol” düşür. Sizə isə afərin”.

“3:2-yə üzülürəm. 2:0-dan sonra 3:0, bəlkə də 4:0 olmalıydı. Səfərdə çətin olacaq”.

“Riskli nəticədir. Azərbaycanda çətin olacaq. “Qarabağ” orada yaxşı nəticələr qazanmağı bacarır. Amma mən yenə də “Rakov”a inanıram”.

“Səfərdə bu cür gülməli qollar buraxsaq, işimiz çətin olacaq. Növbəti 90 dəqiqə bu oyunun davamı olmalıdır”.

“Hər iki komandanın futbolçuları meydandakı otu yeyirdi. Adam belə oyunlara tez-tez baxmaq istəyir. Hər ikisi təşəkkürü haqq edir. Amma uğur “Rakuv”un yanında olsun”.

“Gələn həftə bizi çox çətin oyun gözləyir. Qələbə qazandıq, səfərdə heç-heçə də bəs edir”.

Komandalar arasında cavab görüşü avqustun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. (Sportinfo.az)

Exit mobile version