AUT.AZ

Belçikada yağışlı sprinti kim qazandı?

Formula 1 Belçika Qran Prisinin sprint yarışı başa çatıb.

Aut.az xəbər verir ki, yarışın qalibi ikiqat dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappen olub.

“Maklaren”dən avstraliyalı Oskar Piastri ikinci, “Alpin”dən Pyer Qasli isə üçüncü olub.

Lyuis Hemilton Serxio Pereslə təmasda olduğu üçün beş cərimə  saniyəsi alıb və protokolda 4-cü yerdən 7-ci yerə düşüb.

Qeyd edək ki, güclü yağış səbəbindən start gecikib. Bundan əlavə, yarış zamanı Fernando Alonso qəza törədib.

Exit mobile version