AUT.AZ

Bekhemin etirafı: Ona heyranam

“İnter Mayami”nin sahibi Devid Bekhem “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola haqda danışıb.

Aut.az xəbər verir ki, Bekhem Qvardiolaya pərəstiş etdiyini bildirib.

“Erik ten Haqın “Mançester Yunayted”ə gəlişi təmiz havadır. O, çətin qərarlar verməli idi, amma bunu ən zərif şəkildə və elə etdi ki, azarkeşlər onun tərəfində olsunlar. Meydandan kənarda bir azarkeş və keçmiş oyunçu kimi hər şeyin həll olunmasını istəyirəm. Klubun sahibi ilə  bağlı qərar verilməlidir. Əhəmiyyətli işlər görülməlidir və dəyişikliklər baş verməlidir, xüsusən də “Mançester Siti”nin nə etdiyini görəndə.

Məsələ təkcə onların qazanmasında deyil. Görünür ki, “Siti” mövsüm üçün yox, gələcək üçün qurulur. Onlar Peplə sabitliyi təmin ediblər. Ona heyranam. Biz “Mançester Yunayted”də olanda zirvədə idik. Hər şeyi qazandıq, oyunçuların getmək istədiyi yerdə idik.

Biz onu geri qaytarmaq istəyirik və nə qədər tez qərar qəbul edilsə, bir o qədər yaxşıdır”, – “Athletic” Bekhemdən sitat gətirib.

Aut.az

 

Exit mobile version