AUT.AZ

Ağır ittiham: Tayson boks üçün biabırçılıqdır

Ağır çəkili çinli boksçu Canq Cile (25-1-1, 20 KO) keçmiş UFC çempionu Frensis Nqannou ilə (17-3) döyüşmək qərarına görə WBC versiyasında kəmər sahibi Tayson Fyurini (33-0-1, 24 KO) tənqid edib.

“Komandam Tayson Fyurinin komandası ilə danışıqlar aparırdı. Coys ilə revanş oyunu aktivləşdirilməmişdən əvvəl biz bu döyüşü keçirməyə çox yaxın idik. Fyuri ilə döyüşün bu və ya digər şəkildə baş tutacağına inanıram.

Tayson Fyuriyə baxən: Cuşua ilə döyüşdən imtina etdi, Usik ilə döyüşdən imtina etdi. O, əvvəllər heç vaxt boks rinqinə çıxmamış insanla döyüşməyi seçib. Nqannou naşıdır, o, peşəkar karyerasına yenicə başlayır. Bəli, o, UFC çempionudur və mən ona hörmət edirəm, amma rinqə gəldikdə, bu, başqa bir hekayədir.

Beləliklə, Tayson Fyuri, mənim fikrimcə, boks üçün biabırçılıqdır. Ona ayıb olsun”, – Canq Cile deyib.

Aut.az

 

Exit mobile version