AUT.AZ

Rusiyalı tennisçini bu ölkəyə buraxmadılar

Çexiyada keçirilən turnirə gələn rusiyalı tennisçi ölkədən deportasiya edilib.

Aut.az xəbər verir ki, bu barədə  Çex Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Çexiya polisi hava limanında Rusiya vətəndaşını yoxlayarkən ona ölkəni tərk etməyi əmr edib. O, artıq Çexiyanı tərk edib.

Əldə olan məlumata görə, bu ölkələrdən (RF və RB) digər tennisçilər gəlməyəcək. Polis qanunlara və hökumətin qaydalarına uyğun hərəkət edir”, – Çexiya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Tennisçinin adı açıqlanmır. İyulun 31-dən avqustun 5-dək Praqada WTA 250 seriyalı turnir keçiriləcək.

Exit mobile version