AUT.AZ

İkardinin transferi RƏSMƏN elan edildi

“Qalatasaray” ötən mövsüm icarə əsasında heyətə cəlb etdiyi  PSJ-nin  hücumçusu Mauro İkardini transfer edib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Transfer məbləği 10 milyon avroya yaxındı.

Ötən mövsüm İstanbul komandasının heyətində 26 oyuna çıxan 30 yaşlı İkardi 23 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version