AUT.AZ

Hücumçusu ilə yollarını ayırdı

İtaliyanın “Yuventus” klubunda ayrılıq gerçəkləşib.

Aut.az xəbər verir ki, Turin təmsilçisi Məhəmməd İhattarenlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı vingerin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Yuventus” Məhəmməd İhattareni 2021-ci ilin yayında PSV-dən transfer etməşdi. Niderlandlı vinger “Sampdoriya” və “Ayaks”da icarə əsasında çıxış edib.

Exit mobile version