AUT.AZ

Erikson Musaya görə təminat verdi: Vuracaq

“Musa Qurbanlı cərimə meydanında fəaldır, öz qollarını vuracaq”.

Aut.az xəbər verir ki, bunu “Yurqorden”in futbolçusu Maqnus Erikson yerli mətbuata açıqlamasında deyib.

33 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Lütsern”ə 1:2 hesabı ilə məğlub olduqları görüşdə azərbaycanlı hücumçunun qaçırdığı real qol imkanına münasibət bildirib.

Kapitan gənc forvarda güvəndiklərini söyləyib: “Musa bu oyunda çox yaxşı təsir bağışladı.

Düzdür, “Lütsern”lə qarşılaşmada qola ehtiyacımız var idi. Ancaq Musa komandaya uyğunlaşdıqca daha faydalı olacaq”.

Stokholmdakı görüşün ikinci hissəsində məhz Maqnus Eriksonun ideal ötürməsindən sonra Musa Qurbanlı yaxın məsafədən topu başla qapıya göndərə bilməyib.

Komandalar arasında Lütserndəki cavab matçı avqustun 3-də keçiriləcək.

Exit mobile version