AUT.AZ

Qalmaqal: Rusun əlini sıxmadı, diskvalifikasiya edildi

Ukraynalı qılıncoynadan Olqa Xarlan Milanda keçirilən dünya çempionatının fərdi yarışında ilk mərhələdə qalib gəlsə də, çıxışını başa vurub.

Aut.az xəbər verir ki, yarışın açılış matçında 32 yaşlı ukraynalı yarışda “neytral” statusda çıxış edən rusiyalı qılıncoynadan Anna Smirnovanı 15:7 hesabı ilə məğlub edib. Döyüşdən sonra Xarlan rəqibi ilə əl sıxmaqdan imtina edib.

Bu davranışa görə idmançını cəzalandırıblar. İkinci raundda Olqa Xarlanla bolqar Yona İliyevanın görüşü baş tutmayıb.  Bolqarıstan təmsilçisi döyüşsüz növbəti mərhələyə adlayıb.

Xatırladaq ki, FIE-nin 2021-ci il yanvar qaydalarının 122-ci bəndində deyilir ki, hər iki qılıncoynadan sonuncu zərbədən onra bir-birini, hakimi və tamaşaçıları salamlamayana qədər döyüş bitmir.

Ukraynanın idman naziri, “Şaxtyor” futbol klubu Xarlanın addımını dəstəkldəiklərini bildiriblər.

Aut.az

 

Exit mobile version