AUT.AZ

Bu ölkənin futbolunda dopinq: həkimlərdən şok etiraf

Rusiya Futbol İttifaqının tibb komitəsinin sədri Eduard Bezuqlov ölkə futbolunda dopinq qəbul haqda danışıb.

Aut.az xəbər verir ki, Bezqulov futbol həkimləri arasında keçirdikləri anonim sorğunun nəticələrini açıqlayıb.

“Keçən il biz Rusiya futbol klubları və milli komandalarda çalışan 115 həkimin iştirakı ilə anonim araşdırma apardıq. “Rusiya futbol komandaları dopinqdən istifadə edirmi” sualına respondentlərin 51 faizi “şüurlu şəkildə dopinq qəbul etmirlər”, 23 faizi “bəli, lakin bəzən”, 8 faizi “bəli, bu tez-tez edilir”, 2 faizi “yalnız milli komandalar səviyyəsində”, 16 faizi isə məlumatı olmadığını və ya başqa cavab seçdiyini bildirib”, – Bezuqlov TASS-a bildirib.

Daha əvvəl Bezuqlov seminarda iştirak edən futbol həkimlərinə 2021 və 2022-ci illərdə Rusiya futbolunda antidopinq qaydalarının pozulması hallarının olmadığını bildirmişdi.

Aut.az

Exit mobile version