AUT.AZ

“Səhvlərimiz üzərində yaxşı işləməliyik” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Latviyada RFŞ-ə qarşı keçirdikləri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikəri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Qarşılaşmaya yaxşı başladıq. Çox çətin matç oldu. Mövsümdəki ilk rəsmi oyunumuz idi. Rəqib çətinliklər yaşatdı. Amma şadam ki, təzyiqə tab gətirdik və ikinci qolu vurduq. Sonda qol buraxmadan qələbə qazandıq. Hələ Bakıda daha bir 90 dəqiqə var. Cavab görüşündə daha yaxşı olmağa çalışacağıq”.

Rusiyalı baş məşqçi komandanın tam optimal formada olmadığını diqqətə çatdırıb: “Latviyada çempiomat davam edir. Özü də, onlar yaxşı formadadırlar. Biz isə hələ yeni başlayırıq və demək olar ki, birdən-birə bizi “alova” atdılar (gülür). Şadam ki, futbolçular tab gətirdi. Avrokuboklarda ilk rəsmi görüşdə qələbə qazandıq. Bu, vacib idi. Amma çox istəyirəm ki, iki matçın ümumi nəticəsinə görə qələbə olsun. Qarşıda hələlik çox işimiz var. Səhvlərimiz üzərində yaxşı işləməliyik, rəqibə bu qədər imkan vermək olmaz”.

Exit mobile version