AUT.AZ

“Sabah” debütünü tarixi qələbə ilə “yudu”

Bu gün “Sabah” UEFA Konfrans Liqasında mübarizəyə başlayıb. 

Aut.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Latviyada RFS-in qonağı olub.  Bununla da, paytaxt təmsilçisi avrokuboklarda debüt edib.

Saat 20:00-da başlayan oyunda ” bayquşlar” tarixi qələbə qazanıbalr.

Komandalar arasında cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da keçiriləcək.

Azərbaycanın digər təmsilçilərindən “Qəbələ” və “Neftçi” Konfrans Liqasında ilk matçlarını iyulun 27-də keçirəcəklər.

UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
26 iyul

RFS – Sabah 0:2
Qol: Boyan Letiç, 22. Davit Volkov, 56.
Baş hakim: Yan Maxalek (Çexiya)
Yurmala. Sloka stadionu

RFS: 1. Pavel Şteynbor (k), 11. Robert Savalniek, 23. Herdi Prenqa, 43. Jiqa Lipuşçek, 25. Petr Mareş, 27. Adam Marhiyev, 26. Stefan Paniç, 7. İsmael Diomande, 17. Sedrik Kuadio, 10. Emerson, 19. Andrey İliç.
Ehtiyat oyunçular: 13. Yevgeni Neruqal, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 3. Artur Zyuzin, 8. Daniel Ontujan, 9. Yanis İkauniek, 18. Dmitri Zelenkov, 22. Darko Lemayiç, 52. Marçis Oş, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Jaleyko.
Baş məşqçi: Viktor Moroz.
Sabah: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrasabaqal, 44. Sofian Çakla, 2. Amin Seyidov, 15. Kristian da Silva, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 18. Davit Volkov, 77. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 12. Vensan Till, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 20. Coy Lens Mikels, 21. İldar Ələkbərov, 22. Seymur Məmmədov, 28. Jarl Marqarita, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Murad Musayev.

Exit mobile version