AUT.AZ

“Neftçi”nin maraqlandığı sabiq “Real”lı bu klubla anlaşdı

“Betis” “Real”ın sabiq yarımmüdafiəçisi İskonu transfer etdiyini açıqlayıb.

Aut.az xəbərt verir ki, 31 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

İsko ötən ilin dekabrında “Sevilya”dan ayrıldıqdan sonra azad agent idi. Ötən mövsüm ispaniyalı 19 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Məlumat yayılmışdı ki, İsko ilə “Neftçi” də maraqlanır. Hətta onun agenti ilə ilkin danışıqların olduğu da bildirilirdi.

 

Exit mobile version