AUT.AZ

“Bura qələbə üçün gəlmişik” – Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutunun Konfrans Liqasının II təsnifat mərhələsində “Jelezniçar”a qarşı keçirəcəkləri oyundan mətbuat konfransı keçirilib.

Aut.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:

“Bizi çox vacib oyun gözləyir. Çox yaxşı komandaya qarşı oynayacağıq. Son oyunlarına baxmışam, əzmkar komandadır. Bəzi fərdi keyfiyyətləri olan oyunçuları da qeyd edərdim. Əminliklə deyə bilərəm ki, bizim üçün ağır oyun olacaq. Bura qələbə üçün gəlmişik”.

Mutu “Jelezniçar”ın çoxlu azarkeşlərinin olmasına baxmayaraq, komandadakı təcrübəli oyunçuların bunun öhdəsindən gələcəyini söyləyib:

“Təcrübəli futbolçularımız var. Belə atmosferdə oynamağa öyrəşiblər. Səfərdə oynayırıq və yerli publika üçün şou ola bilər. Amma bunun öhdəsindən gələ biləcəyimizi düşünürəm”.

Sabah keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu saat 23:00-da başlayacaq.

Exit mobile version