AUT.AZ

Ağciyəri deşildi – FOTO

“Reksem”in hücumçusu Pol Mallin “Mançester Yunayted”lə oyunda zədə alıb.  

Aut.az xəbər verir ki, MY-nin qapıçısı Neytan Bişopla toqquşan hücumçunun ağciyəri deşilib. Mənbənin məlumatına görə, matçın 19-cu dəqiqəsində əvəzlənən Mallin dərhal xəstəxanaya çatdırılıb. Onun həaytı üçün təhlükə olmadığı bildirilir.

“Reksem”in baş məşqçisi oyundan sonra təəssüfləndiyini bildirib. Mallin yeni mövsümün əvvəlini buraxmaq məcburiyyətində qalacaq.

Bişopun oyundan sonra Mallinə baş çəkdiyi və üzr istədiyi də bildirilir.

Exit mobile version