AUT.AZ

Yeni müqavilə, 3 dəfə artıq məvacib

“Napoli”nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya yaxşılaşdırılmış şərtlərlə müqavilənin uzadılması üçün klubla danışıqlar aparır.

Aut.az xəbər verir ki, insayder Nikolo Şiranın dediyinə görə, Kvaratsxeliyanın “Napoli” ilə yeni müqaviləsi 2028-ci ilin yayına qədər olacaq və maaşı ildə 1,1 milyon avrodan 3 milyona yüksələcək.

Daha əvvəl “Nyukasl”ın oyunçuya iddialı olduğu bildirilirdi.

A Seriyasında debüt mövsümündə Xviça 33 oyunda 12 qol vurub və 13 qol ötürməsi  edib. O, mövsümün sonunda A Seriyasında ilin oyunçusu və Çempionlar Liqasının ən yaxşı gənc oyunçusu seçilib.

Aut.az

Exit mobile version