AUT.AZ

“Sabah”ın məşqçilərini Latviyaya buraxdılar

Aut.az xəbər verir ki, Konfrans Liqasnın 2-ci təsnifat mərhələsində RFŞ ilə qarşılaşacaq “Sabah”ın baş məşqçisi Murad Musayev və komandanın rusiyalı digər məşqçilərinin Latviyaya girişində problem yaranmışdı. “Sabah” oyuna məşqçisiz çıxmaq istəmədiyindən UEFA-ya qarşılaşmanın 3-cü bir ölkədə təşkili üçün müraciət etmişdi.

Lakin danışıqlar fayda verib və Musayevlə köməkçilərinin Latviyaya yollanmasında problem yaranmayıb. Onlar artıq Latviyadadır.

Qeyd edək ki, “Sabah”ın məşqçilərinin Şengen vizası olmadığı üçün onların Latviyaya buraxılmamaq ehtimalı var idi.

Exit mobile version