AUT.AZ

Qurban Qurbanov oğlunun İsveç klubundakı debütünü dəyərləndirdi

“Açığı, oyunu tam izləmədim. Həmin saatlarda məşqimiz var idi. Ümumi təəssüratlar pis deyil”.

Aut.az xəbər verir ki , bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının İsveçin “Yurqorden” komandasındakı debüt oyunu ilə bağlı danışarkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, indidən bu barədə ətraflı fikir bildirmək tezdir: “Bu komandaya gedənədək xeyli müzakirəmiz oldu. Təkcə Musanın oyunu ilə deyil, oradakı gedişatla, klubun iş prinsipləri ilə maraqlanıram. Məncə, faydalı olmalıdır. Amma yenə də zaman lazımdır. Qarşıdakı oyunlardan, təqribən 1-2 aydan sonra dəqiq fiir bildirmək olar”.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb. 21 yaşlı forvardın debüt oyunu “Elfsborq”la çempionat matçına (0:4) təsadüf edib.

Exit mobile version