AUT.AZ

Mbappeyə təklif edilən məvacibə Boltdan reaksiya – FOTO

“Əl-Hilal”ın Kilian Mbappeyə illik 700 milyon avro maaş təklif etməyə hazır olduğu xəbəri bütün idman dünyasını şoka salıb.

Aut.az xəbər verir ki, bu xəbərə əfsanəvi sprinter Useyn Bolt da reaksiya verib. O, “Tvitter”də zarafatla yazıb:

“776 milyon dollar maaşla bir il idmana qayıtmağa hazıram”.

Xatırladaq ki, bir vaxtlar Bolt özünü futbolda sınayıb. 2018-ci ildə Avstraliyanın “Sentral Kost Marines” komandasının heyətində bir neçə yoldaşlıq oyununda meydana çıxıb. Lakin təklif olunan maaş onu qane etmədiyi üçün klubla peşəkar müqavilə imzalamayıb.

 

Exit mobile version