AUT.AZ

BBC-nin müxbiri DÇ-də aranı qatdı: Korporasiya üzr istədi

Qadınlar arasında dünya çempionatında insident baş verib.

Aut.az xəbər verir ki, Almaniya ilə oyundan əvvəl Mərakeş yığmasının mətbuat konfransında BBC-nin əməkdaşı şimali afrikalıların kapitanı Qizlan Çebbaka müraciət edib: “Mərakeşdə eynicinslilərin münasibətləri qanunla qadağandır. Komandanızda lezbiyan oyunçular varmı və onlar üçün Mərakeşdə vəziyyət necədir?”

Cebbak təəccüblə baxaraq qulaqcığını çıxardıb və baş məşqçi Reynald Pedrosa tərəf boylanıb. Söhbətə FİFA nümayəndəsi müdaxilə edərək deyib: “Bağışlayın, bu çox siyasi məsələdir”. O, müxbirdən futbolla bağlı suallar verməsini istəyib.

“Xeyr, bu siyasət deyil, bu insanlarla bağlı sualdır”, – deyə jurnalist cavab verib.

Daha sonra yayım korporasiyası məsələyə görə üzr istəyib. “Biz sualın yersiz olduğunu etiraf edirik. Məqsədimiz heç bir zərər və ya sıxıntıya səbəb olmaq deyildi”, – BBC-nin sözçüsü bildirib.

Aut.az

Exit mobile version