AUT.AZ

“Zirə” Tanzaniya klubu ilə bacarmadı

2023/2024 mövsümünə hazırlıqlarını Boluda davam etdirən “Zirə” bu gün yoldaşlıq oyununa çıxıb.

Aut.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Tanzaniya təmsilçisi “Simba” ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1. “Zirə”nin yeganə qolunu Rüstəm Əhmədzadə vurub.

“Zirə” bundan əvvəl Boluda “Fatih Karagümrük”lə qolsuz bərabərə qalıb.

Exit mobile version