AUT.AZ

“Turan Tovuz”da ispan futbolçu

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, bölgə təmsilçisi Aleks Serranonu transfer edib.

28 yaşlı ispaniyalı futbolçu ilə 1+1 illik rəsmi müqavilə bağlanıb. “Sportinq Xixon”un yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində “Malyorka”, “Selta”, “Salamanka”, “Kornelya”, “Qurnik” (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi “Hebar”ın şərəfini qoruyub.

Exit mobile version