AUT.AZ

“Spartak”dan “Fənər”ə 6 milyonluq təklif

Moskva “Spartak”ı “Fənərbağça”sının müdafiəçisi Ceyden Ostervoldenin transferi üçün rəsmi təklif göndərib.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mənbənin sözlərinə görə, “qırmızı-ağlar” 22 yaşlı niderlandlı üçün 6 milyon avro ödəməyə hazırdır.

Futbolçu ilə CSKA, “Krasnodar”, İtaliyanın “Torino” və Fransanın “Nant” klubları da maraqlanır.

Ceyden Ostervolde sol cinah müdafiəçisi kimi çıxış edir. “Transfermarkt” onun dəyərini 5,5 milyon avro qiymətləndirir.

Aut.az

Exit mobile version