AUT.AZ

“Qarabağ”ın səfər oyunu 23 manata

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Rakuv” (Polşa) – “Qarabağ” matçını “Miejski” stadionunda izləmək və “atlılar”ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər oyun günü – iyulun 26-da saat 18:15-dən etibarən D sektorunun yaxınlığında satılacaq.

Aut.az xəbər verir ki, biletin qiyməti 55 zlotdur (23 AZN).

Bilet satışını meydan sahibi “Rakuv” klubu həyata keçirir.

İyulun 26-da keçiriləcək görüş saat 22:15-də başlayacaq.

Exit mobile version