AUT.AZ

“Qalatasaray”ın sabiq futbolçusu II Liqa klubunda

Türkiyə milli komandasının sabiq üzvü Yasin Öztekinin yeni klubu müəyyənləşib.

Aut.az xəbər verir ki, 36 yaşlı vinger “Bucaspor 1928″ə keçib. Bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli vinger yeni klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Yasin Öztekin Dortmund “Borussiya”sının yetirməsidir. Ön xətt oyunçusu karyerası ərzində “Genclerbirliyi”, “Trabzonspor”, “Kayseri Erciyesspor”, “Qalatasaray”, “Göztepe”, “Sivasspor” və “Samsunspor”da çıxış edib. O, Türkiyə millisinin heyətində 6 oyun keçirib.

Exit mobile version