AUT.AZ

Mahir Emrelinin komandası ukraynalını transfer etdi – FOTO

Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su heyətə yeni futbolçu cəlb edib.

Aut.az xəbər verir ki, “Dinamo” ukraynalı müdafiəçi Boqdan Mixayliçenko ilə müqavilə bağlayıb.

26 yaşlı futbolçu ilə müqavilənin təfərrüatları barədə məlumat verilmir. Yalnız məlumdur ki, Mixayliçenko çoxillik anlaşmaya imza atıb.

Xatırladaq ki, ukraynalının əvvəlki klubu Belçika “Anderlext”i olub. Lakin o, 2022/2023 mövsümünü icarə əsasında Donetsk “Şaxtyor”unda keçirib.

Aut.az

Exit mobile version