AUT.AZ

İddia: Tayson onunla döyüşdən bilərəkdən yayınır

Amerikalı ağır çəkili boksçu Maykl Hanter (21-1-1, 14 KO) əmindir ki, WBC versiyasında ağır çəkidə çempionluq kəmərinin sahibi Tayson Fyuri (33-0-1, 24 KO) WBA, WBO, IBO və IBF versiyalarında çempion Aleksandr Usiklə (20-0, 13) döyüşdən bilərəkdən yayınıb.

“Usikə hörmət edirəm, çünki o, qalib gəlmək, yarışmaq istəyir. O, hər şeyə nail olub. Usik Olimpiadaya getdi, ilk ağır çəkidə, super ağır çəkidə çempion olmaq istədi, bütün kəmərləri istədi. Bu belə də olmalıdır.

Ancaq indi ağır çəkililər çox yumşaq olublar. Onlar ürək bulandırır, emosionaldırlar, eqoları var. Onlar reallıqla ayaqlaşa bilmirlər. Onların böyük başları var və həqiqətən bir şey edə biləcəklərini düşünürlər.

Ona görə də mənə elə gəlir ki, Fyuri Usiklə döyüşdən bilərəkdən yayınır. Bilirik ki, Usik çox çətin rəqibdir və Fyuriyə problemlər yaradacaq.  Bu, heç sirr də deyil”, – Hunter “Seconds Out” YouTube kanalına müsahibəsində bildirib.

Fyuri-Usik döyüşü aprelin 29-da keçirilməli idi, lakin boksçular razılığa gələ bilməyiblər.

Aut.az

Exit mobile version