AUT.AZ

6-cı DÇ-də meydana çıxdı

Braziliya yığmasının futbolçusu Marta qadınlar arasında dünya çempionatının qrup mərhələsinin 1-ci turunun Panama ilə matçının ikinci hissəsində meydana çıxıb.

Aut.az xəbər verir ki, bu mundial Marta üçün karyerasında altıncı oldu. Tribunalar onun meydana daxil olmasını gur alqışlarla reaksiya veriblər.

Xatırladaq ki, bu gün, iyulun 24-də qadınlar arasında DÇ-2023-ün oyununda Braziliya və Panama milliləri qarşılaşıb. F qrupunun 1-ci turunun oyunu “Hindmarş” stadionunda (Adelaida, Avstraliya) baş tutub və braziliyalı futbolçuların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Exit mobile version