AUT.AZ

40 milyonluq transfer təhlükədə: Bu itlərə görə – FOTO

Fabinyonun 40 milyona “Liverpul”dan ayrılaraq Səudiyyə Ərəbistanına gedəcəyi ilə bağlı yayılan xəbərlərdə gözlənilməz dönüş olub.

Aut.az “Relevo”ya istinadən xəbər verir ki, “Əl-İttihad”la müqavilə bağlanması braziliyalının itlərinə – iki fransız buldoquna görə dayandırılıb. Səudiyyə Ərəbistanında bu cins təhlükəli sayılır və belə itlərlə ölkəyə daxil ola bilməzsiniz.

“ Əl-İttihad”, Fabinyonun ev heyvanlarını gətirə bilməsi üçün hökumətdən xüsusi icazə istəyib. Səudiyyə Ərəbistanı ilə həmsərhəd ölkələrdən biri olan Bəhreyndə itlərin yerləşdirilməsi variantı da nəzərdən keçirilir.

“Əl-İttihad” pərəstişkarları müqaviləni bağlamaq üçün əllərindən gələni edir, hətta “Fabinyonun itlərini buraxın” şüarı altında sosial media kampaniya başlayıblar.

Aut.az

Exit mobile version