AUT.AZ

Əfsanəvi xokkeyçi öldü

Finlandiyalı əfsanəvi xokkeyçi Yuri Hakala 91 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, keçmiş xokkeyçinin iyulun 15-də öz kottecində dünyasını dəyişdiyi bildirilir. Yurinin həyat yoldaşı Raili Hakala ərinin hovuzda çimərkən öldüyünü deyib.

Hakala Finlandiya xokkeyi tarixində əfsanəvi şəxsiyyətdir. O, ölkə çempionatında ümumilikdə 20 mövsüm keçirib və 1950-1961-ci illərdə altı çempionluq qazanıb.

Aut.az

Exit mobile version