AUT.AZ

“Sabah”ın rəqibi darmadağınla qalib gəldi

Latviya çempionatında 23-cü turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, “Sabah”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi RFS bu gün səfərdə “Auda” ilə qarşılaşıb.

Riqa təmsilçisi bu oyunda 5:2 hesabıyla qələbə qazanıb. RFS-in heyətində İsmail Diamondo 4 qol vurub. Komandanın digər qoluna isə Yanis İkaunieks imza atıb.

Bu qələbə ilə xallarını 55-ə çatdıran komanda liderliyə yüksəlib.

Xatırladaq ki, “Sabah”la RFS arasında ilk oyun iyulun 26-da Riqada, cavab görüşü isə avqustun 3-də Masazırda keçiriləcək.

Exit mobile version