AUT.AZ

Qeymerlərə müraciət etdi: Bura gəlin

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo qeymerləri Səudiyyə Ərəbistanında baş tutacaq “Gamers8 esports” festivalını ziyarət etməyə çağırıb.

“Bütün oyunçuları dəvət edirik! 🎮 Bu yay səkkiz həftə ərzində Ər-Riyadda keçiriləcək ən böyük oyun və espor festivalı olan “Gamers8”-i qaçırmayın 😍”, – Ronaldo “tvitter” hesabında yazıb.

“Gamers8” turniri iyulun 6-dan avqustun 31-dək Ər-Riyadda keçirilir. “Esports” festivalının təşkilatçıları mükafat fondu 15 milyon dollar olan “Dota 2”-də “Riyadh Masters 2023” də daxil olmaqla bir sıra turnirlər təşkil edirlər.

Aut.az

Exit mobile version