AUT.AZ

“Qalatasaray” afrikalını transfer etdi

“Qalatasaray” növbəti transferini həyata keçirib.

Aut.az xəbər verir ki, “Kristal Palas”dan ayrılan Vilfrid Zaha “cim-bom”la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Fənərbaxça”ya keçidi gözlənilən afrikalı sonda seçimini “Qalatasaray”dan yana edib. 30 yaşlı futbolçu İstanbul təmsilçisinə azad agent kimi keçib.

Fildişi Sahili millisinin üzvü ötən mövsüm “Kristal Palas”da 27 oyuna 7 qol vurub.

Exit mobile version