AUT.AZ

Poçettino onunla bağlı qərarını açıqladı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino londonluların müdafiəçisi Levi Kolvilin gələcəyi ilə bağlı danışıb.

“Bizim heç bir açıqlama verməyə ehtiyacımız yoxdur. Kolvil bizim oyunçumuzdur və o, “Çelsi”də oynamağa davam edəcək. Onunla işləməyi xoşlayıram. Levi İngiltərənin ən böyük mərkəz müdafiəçilərindən birinə çevrilə bilər”, – deyə jurnalist Fabritsio Romano “Twitter” səhifəsində Poçettinodan sitat gətirib.

2022/2023 mövsümündə Kolvill icarə əsasında “Briqton”da çıxış edib. 20 yaşlı ingilis futbolçu bütün turnirlərdə 22 oyun keçirib, iki məhsuldar ötürmə edib.

Futbolçunun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.

Aut.az

Exit mobile version