AUT.AZ

Müraciət yaydılar- “Arsenal”la oyuna görə

İyulun 23-də “Yuventus”la oyunu ləğv etmək məcburiyyətində qaldıqdan sonra “Barselona” iyulun 26-da “Arsenal”la keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ilə bağlı müraciət yayıb.

Komandanın xeyli oyunçusu virusa yoluxduğu üçün “Yuventus”la qarşılaşma ləğv edilmişdi.

“Barselona” öz azarkeşlərini Los-Ancelesdəki SoFi Stadionunda bu çərşənbə günü “Arsenal” ilə oynayacağımız matça gəlməyə  və qarşılaşmadan həzz almağa dəvət edir. Hər iki komanda sıx əlaqədədir və oyunumuzun plana uyğun baş tutacağına tam əminik”, – müraciətdə deyilir.

Mətbuat “Barselona”nın “Yuventus”la oyunun ləğvindən sonra təxminən 2 milyon avro itirdiyini yazıb.

Aut.az

Exit mobile version