AUT.AZ

Birini almaq üçün dördünü satmağa hazırdır

“Yuventus” “Çelsi”dən Romelu Lukakunun transferi üzərində işi davam etdirir.

Danışıqlar zamanı heç bir problem yoxdur, Lukaku “Yuventus”un əsas hədəfidir.

“Corriere dello Sport” xəbər verir ki, futbolçu ilə artıq mövsümə doqquz milyon avro maaşla üç illik müqavilə razılaşdırılıb.

İndi “Yuventus” transfer təşkil etmək üçün bier neçə futbolçusunu satmaq niyyətindədir. Onlardan biri Duşan Vlahoviçdir.

Uyğun təkliflər olduğu halda, “Yuve” təkcə Vlahoviçlə deyil, həm də bu yay “Marsel”dən 6,3+1,1 milyon avroya aldığı Moise Kin, Federiko Kyesa və hətta Arkadiuş Miliklə də ayrılmağa hazırdır.

Aut.az

Exit mobile version