AUT.AZ

“Qalatasaray”da yeni qapıçı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi “Qaziantep”də çıxış edən Günay Güvençi rənglərinə bağlayıb. “Sar–qırmızılar” 32 yaşlı qolkiper üçün onun klubuna 500 min avro ödəyəcək.

Qeyd edək ki, Günay Güvenç “Qaziantep”ə 2018-ci ilin yayında “Göztepe”dən keçmişdi. Təcrübəli “əlcək sahibi” son mövsümün ikinci yarısını icarə əsasında “Kasımpaşa”da keçirib.

Exit mobile version