AUT.AZ

“İrəvan”dan daha bir transfer

Birinci divizionun debütantı “İrəvan” heyəti gücləndirməkdə davam edir.

Aut.az xəbər verir ki, “İrəvan” daha bir futbolçu ilə müqavilə bağlayıb. Qərbi azərbaycanlılar Asim Əlizadə ilə anlaşıb. Asim ötən mövsümü “Şamaxı”da keçirib.

Onunla 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, “İrəvan” bu gün “Qəbələ”dən Gülağa Əsədovu, “Səbail”dən isə Ruslan Hacıyevi heyətə qatıb. Onlarla da 1 illik müqavilə imzalanıb.

Aut.az

Exit mobile version