AUT.AZ

Həmkarlar İttifaqı onun müdafiəsinə qalxdı

Milli Peşəkar Futbolçular İttifaqı Kilian Mbappenin müdafiəsinə qalxıb.

Hücumçu 2024-cü ilin yayında “Real”a keçməyə razılıq verdiyinə görə PSJ-nin mövsümöncəsi Asiya turunda heyətə  daxil edilməyib.

Həmkarlar ittifaqı bəyanatında qeyd edib ki, hər il müvafiq qaydada və qarşılıqlı razılaşma əsasında müqavilələrin olmasına baxmayaraq, klubların nəyin bahasına olursa-olsun ayrılmaq istədiyi futbolçular olur. Leandro Paredes, Jorjino Veynaldum, Keylor Navas və Paris komandasının digər oyunçuları da oxşar vəziyyətə düşüblər.

Ötən mövsüm Liqa 1-də 187 oyunçunun bu münasibətlə üzləşdiyi deyilir.

“UNFP sistematik olaraq bu praktikanı pisləyir. Bu, Fransa yığmasının kapitanının dayandırılması üçün edilən cəhddir. Ola bilsin ki, PSJ, Qətər və digərlərinə qarşı durmaq üçün kişilik, cəsarət lazımdır.

O da ola bilsin ki, bu olay idman və siyasi hakimiyyəti nəhayət bu problemi həll etməyə təşviq edəcək”, – bəyanatda deyilir.

Müəlliflər vurğulayırlar ki, sentyabrın 1-də, Futbol Nizamnaməsinin 507-ci maddəsinə əsasən, klublardan cəzalı futbolçuların hamısını heyətə qaytarmaq tələb olunacaq, lakin o vaxta qədər də bu oyunçuların iş şəraiti qalanları ilə eyni olmalıdır.

Aut.az

Exit mobile version