AUT.AZ

Dadaşov oynadı?

Futbol üzrə İsveçrə Super Liqasında 2023/2024 mövsümünə start verilib.

Aut.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” doğma meydanda “Servett”i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.

Exit mobile version