AUT.AZ

“Barsa”da virus yayıldı: “Yuve” ilə oyun təxirə salındı

“Barselona”nın “Yuventus”la yoldaşlıq oyunu ləğv edilib.

Aut.az xəbər verir ki, buna səbəbə komandada virusun yayılmasıdır. Bildirilib ki, oyunçularının əhəmiyyətli bir hissəsi viral qastroenteritdən (sulu ishal, qarın ağrısı, ürəkbulanma ilə xarakterizə olunan viral xəstəlik – red.) əziyyət çəkdiyi üçün oyun baş tutmayacaq.

Oyun iyulun 23-nə planlaşdırılmışdı. Start Bakı vaxtı ilə saat 06:30-a təyin edilmişdi.

“Mundo Deportivo” xəbər verir ki, cümə axşamı virus simptomları ilk dəfə müdafiəçi Jyul Kundedə müçahidə olunub.

Bu səhər bir neçə futbolçu bir anda özünü pis hiss edib və komanda “Yuventus”la oyun üçün San Xoseyə uça bilməyib.

Aut.az

Exit mobile version