AUT.AZ

Ərəblərə israrla “yox” deyir, bu klubu hədəfləyib

Romelu Lukaku Səudiyyə Ərəbistanına keçmək niyyətində deyil və “Yuventus”da oynamaq istəyir.

Aut.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “Əl Hilal” yenidən belçikalı hücumçunu dəvət etməyə çalışsa da, o, bu transferə maraq göstərməyib.

Səudiyyəlilər futbolçuya 60 milyon avro dəyərində iki illik müqavilə təklif etməyə və transfer üçün “Çelsi”yə 50 milyon ödəməyə hazırdırlar.

Lakin Lukakı ərəblərdən gələn təklifi müzakirə belə etmək istəmir.

Exit mobile version