AUT.AZ

Ronaldo şərtləri pozdu: Sponsorunu itirə bilər

“Əl-Nəsr”in portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Nike” ilə sponsorluq müqaviləsinin şərtlərini pozub.

Mətbuatda yayılan xəbərlərə görə, 38 yaşlı futbolçu Səudiyyə klubunun “Selta”ya uduzduğu (0:5) mövsümöncəsi ilk oyununda “Adidas”ın sipərlərində çıxış edib.

Ronaldo matçın ilk 45 dəqiqəsini oynayıb, ikinci hissəni ehtiyat oyunçular skamyasından izləyib. Ronaldo adətən öz siması ilə bəzədilmiş qoruyucu sipərlər taxır. Lakin bu dəfə o, “Adidas X Pro” qoruyucularını  taxıb.

Portuqaliyalı 2003-cü ildə karyerasının əvvəlində “Nike” ilə müqavilə imzalayıb və hazırda 10 illik 170 milyon avroluq müqavilə qüvvədədir.

Exit mobile version