AUT.AZ

Obameyanq özünə klub tapdı – FOTO

34 yaşlı qabonlu hücumçu Pyer-Emerik Obameyanq rəsmən Fransanın “Marsel” klubunun futbolçusu olub.

Futbolçu London “Çelsi”sini tərk edib. Obameyanq “mavilər”in heyətində cəmi bir mövsüm keçirib. 2022/23 mövsümündə hücumçu bütün yarışlarda 23 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Tanınmış insayder Fabritsio Romanonun sözlərinə görə, Obameyanqın “Marsel” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdərdir. Hücumçu Fransa klubuna pulsuz keçib.

Exit mobile version