AUT.AZ

Kamran Quliyev “Neftçi”dən getdi

“Neftçi”də uzun müddətdir gözlənilən istefa reallaşıb.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın prezidenti Kamran Quliyev istefaya göndərilib. O, “öz istəyi” ilə vəzifəsindən ayrılıb.

2018-ci ilin fevralından bu postda çalışan Quliyevin fəaliyyəti “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfi qane etməyib.

Qeyd edək ki, yaxın günlərdə onun yerinə təyin ediləcək yeni rəhbərin adı açıqlanacaq. Ancaq həmin şəxs prezident kimi deyil, icraçı-direktor kimi fəaliyyət göstərə bilər.

Əlavə edək ki, daha əvvəl bu barədə məlumat vermişdik.

Aut.az 

Exit mobile version